Futbolda növbəti yenilik: Çəhrayı kart nə işə yarayacaq?
    • 23-05-2024, 21:44
    • 225

Futbolda növbəti yenilik: Çəhrayı kart nə işə yarayacaq?

Bu yay ABŞ-da keçiriləcək Amerika Kubokunda futbol adına ilk yaşanacaq.

News24.az Publika.az-a istinadən xəbər verir ki, sözügedən turnirdə çəhrayı kartlardan istifadə olunacaq. Bu kart kəllə-beyin travması şübhəsi ilə təcili dəyişdirilməsi lazım olan futbolçu üçün nəzərdə tutulub.

Qeyd olunur ki, komandaların 6 və ya 7 dəyişiklik icazəsi olacaq. Bu qayda hələ inkişaf mərhələsindədir.

Çəhrayı kart prosesində məşqçilər hakimi əvvəlcədən xəbərdar etməlidirlər. Əvəz olunan futbolçu meydana qayıda bilməyəcək. Bu əvəzləmə hər oyunda yalnız bir dəfə olacaq.