"Real Madrid" "Leqanes"i darmadağın etdi

"Real Madrid" "Leqanes"i darmadağın etdi İdman


İspaniya La Liqasında XIV turun növbəti oyunu keçirilib.

News24az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Real Madrid" səfərdə "Leqanes"lə qarşılaşıb. Görüş Madrid klubunun 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Bu qələbə ilə xallarını 30-a çatdıran "Real Madrid" 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 34 xalla "Barselona" başçılıq edir./axar