Bu il uşaqlara ən çox qoyulan adlar
    • 23-05-2024, 22:11
    • 131

Bu il uşaqlara ən çox qoyulan adlar

2024-cü ilin ilk dörd ayında doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zeynəb adı verilib.

News24.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ilin yanvar, fevral, mart və aprel aylarında ümumilikdə 555 uşağa Uğur, 454 uşağa Zeynəb adı verilib.

Oğlan uşaqlarına qoyulan adlar sırasında ilk onluqda Uğur, Hüseyn, Əli, Yusif, Raul, Ömər, Murad, Məhəmməd, Tunar, Adəm yer alıb.

Qız uşaqlarına ən çox qoyulan 10 ad isə Zeynəb, Zəhra, Məryəm, Aylin, Nilay, Ayla, Melisa, Fatimə, Mələk, İnci olub.

İlk onluqda yer alan adlar və həmin adların qoyulduğu uşaqların sayı aşağıdakı kimidir: