Hacı Nuran: "Xəstəliyimə görə həkimlər evlənməyimə icazə vermir"
    • 23-05-2024, 20:27
    • 175

Hacı Nuran: "Xəstəliyimə görə həkimlər evlənməyimə icazə vermir"

“Hər şeyin öz vaxtı var. Allah hər bir insanın öz vaxtını tənzimləyir”. 

News24.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri xeyriyyəçi, teleaparıcı Hacı Nuran Hüseynov “Maqazin plus” verilişinə açıqlamasında deyib.

O, həkim nəzarəti altında olduğunu və bu səbəbdən də ailə həyatı qura bilmədiyini etiraf edib:

“Mən 10 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. İndi də müalicə alıram. Həkimlər də müalicəyə görə ailə qurmağıma icazə vermirlər. Xüsusi vaxtlar var ki, o vaxtlarda dərman qəbul edirəm. Ona görə də, hər şeyin öz vaxtı var”.