“Eşref Rüya”nın aktyoru vəfat etdi

“Eşref Rüya”nın aktyoru vəfat etdi Dünya

Türkiyənin məşhur “Eşref Rüya” serialının aktyoru Ramazan Tetik vəfat edib.

News24.az xəbər verir ki, bu barədə məlumatı onun sənət yoldaşları sosial şəbəkə hesablarında paylaşıblar.

Belə ki,infarkt keçirən və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 37 yaşlı aktyor, həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib.