-
- 23-05-2024, 19:22
- 272
Çoxdan itmiş cırtdan qalaktikalar TAPILDI
Aprel ayında Tohoku Universitetindən astronom Masaşi Çiba və onun həmkarları cırtdan qalaktikaların yeddi illik müşahidəsinin nəticələrini açıqlayıblar.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, alimlər səmanın nisbətən kiçik hissəsində Süd Yolunun beş yeni peyki aşkar ediblər. Bu barədə “Science” məlumat yayıb.
“Süd Yolunun 500-ə yaxın peyki olacağı gözlənilir, lakin elm adamları cırtdan qalaktikaların formalaşmasının gözlənildiyindən daha kiçik miqyasda baş verə biləcəyini deyirlər”, – jurnal qeyd edir.
Oksford Universitetindən astrofizik Mahsa Sanati aydınlaşdırıb ki, böyük partlayışdan dərhal sonra yarana biləcək maqnit sahələri də kiçik qalaktikaların çoxluğunu izah edə bilər.