Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: – Azyaşlı diri-diri yandı
    • 23-05-2024, 18:49
    • 178

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: – Azyaşlı diri-diri yandı

Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.

News24.az oxu.az-a istinadla xəbər verir ki, hadisə 19 may tarixində Qocalı kəndində baş verib.

Belə ki, Tofiq İbrahimov samanla işləyərkən səkkiz yaşlı övladı Əbülfəz İbrahimli ona kömək edirmiş. İş vaxtı uşaq içində benzin olan qabı atasına uzadıb və üzərinə benzin dağıldığının fərqində olmayıb. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb.

Hazırda Bakıdakı xəstəxanaların birində müalicə alan uşağın vəziyyəti ağırdır.