Bakı-Qazax yolunda ağır qəza - Piyada öldü

Bakı-Qazax yolunda ağır qəza - Piyada öldü Hadisə

Bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib.

News24.az xəbər verir ki, “Mercedes” markalı avtomobil kişi piyadanı vurub.

O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. (qafqazinfo.az)