WhatsApp-da pullu mesaj dövrü başlayır
    • 2-08-2018, 10:35
    • 1 623

WhatsApp-da pullu mesaj dövrü başlayır

WhatsApp rəhbərliyi sosial mesajlaşma şəbəkəsinin biznes-istifadəçiləri üçün yeni funksiya barədə məlumat verib.

News24.az xəbər verir ki, bundan sonra WhatsApp Business istifadəçiləri üçün pullu mesaj xidməti işə düşəcək.
Messencer biznes-istifadəçilərdən müştərilərə reklam və servis məlumatları göndərmək üçün pul alacaq. Şirkətin məlumatında deyilir:


“Bəzi ismarıcların göndərilməsi pullu olacaq. Beləcə, şirkət hansı mesajları göndərib-göndərməyəcəyinə qərar verəcək. Sizin söhbət pəncərənizdə isə qarışıqlıq olmayacaq. Bundan sonra sizin ismarıclar şifrə ilə qorunacaq. Bir düyməni basmaqla istənilən şirkəti bloka ata bilərsiniz”.

//Ölkə.az