Mehriban Əliyeva Kotsoyevi TƏBRİK ETDİ
    • 24-05-2024, 00:27
    • 200

Mehriban Əliyeva Kotsoyevi TƏBRİK ETDİ


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.