Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik etdi
    • 24-06-2022, 21:07
    • 305

Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.

News24.az xəbər verir ki, təbrikdə deyilir:
"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!"