Rza Əhmədov qətlə yetirildi
    • 24-05-2024, 08:33
    • 226

Rza Əhmədov qətlə yetirildi

May ayının 23-də saat 21 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır./Report