Torpaq sürüşməsi 100 nəfərin HƏYATINA SON QOYDU
    • 24-05-2024, 14:06
    • 244

Torpaq sürüşməsi 100 nəfərin HƏYATINA SON QOYDU

Papua-Yeni Qvineyanın Kaokalam kəndində torpaq sürüşməsi baş verib və nəticədə 100-dən çox insan həlak olub.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlak səhər tezdən, qəsəbənin yaxınlığındakı qayanın uçması nəticəsində baş verib.

Səlahiyyətlilər ölənlərin sayı ilə bağlı rəsmi məlumat yaymayıblar.

Məlumata görə, sağ qalan sakinlər cəsədləri torpaq altından çıxarmağa başlayıb. Ancaq torpaqda nəhəng daşların və ağacların olması axtarış-xilasetmə işlərini çətinləşdirib.