Əmək pensiyalarının ödənilməsi xərclər ARTIRILIR
    • 24-05-2024, 14:07
    • 430

Əmək pensiyalarının ödənilməsi xərclər ARTIRILIR

Əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25 milyon manat artılaraq 6500,0 milyon manatdan  6525,0 milyon manata çatdırılması təklif olunur.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qeyd olunub. 

Bununla yanaşı Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılmış, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılıb.

Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılıb.

Nəticədə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək.