-
- 9-05-2019, 15:54
- 862
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar CƏRİMƏLƏNİB - FOTO - VİDEO
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, növbəti belə tədbir Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib. Belə ki, Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
Tədbir zamanı Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən marketdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı polislər tərəfindən aşkar edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəvərdarlıq ediliblər.
Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
Paytaxt, eləcə də regionlarda yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi tədbirlər bundan sonra da davam etdiriləcək.