Təranə Səmədovadan açıqlama:
    • 9-05-2019, 16:23
    • 1 545

Təranə Səmədovadan açıqlama: "Məni axtarmayın"

İki güncə azadlığa çıxan prodüser Təranə Səmədova şəxsi instagram hesabında paylaşım edib. 

News24.az xəbər verir ki, prodüser həbsdə olduğu müddətdə dostunu və düşmənini tanıdığını açıqlayıb:

"Əslində deyiləcək sözüm bəlkə də lap çoxdur, amma müddət mənə daha çox susmağı öyrətdi. Ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni bu cür səbrlə, sevgi ilə tək buraxmadıqlarına görə çox böyük təşəkkür edirəm. Bir də bu müddət mənə bir şeyi də anlatdı. Dostu düşməndən ayırmağı. Bildim həqiqi dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib, əslində saxtakarlıq edənlər kimlər imiş. Allah çox böyükdür. Heç vaxt heç kimə pis şeylər arzulamamışam. Amma elə buradan həmin saxta "dostlara" deyirəm boş-boşuna özünüzü yorub, məni axtarmayın.

P.S: Bir şeyi də qeyd edirəm ki, istər öz səhifəm də istərsə də başqa səhifələrdə haqqımda xoşagəlməz şeylər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəyəm".