Qadın alverində günahlandırılan Təranə hakim qarşısına çıxdı - FOTOLAR
    • 12-07-2018, 12:30
    • 2 156

Qadın alverində günahlandırılan Təranə hakim qarşısına çıxdı - FOTOLAR

Bir müddət əvvəl prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

Artıq iş yekunlaşıb və Nərimanov rayon Məhkəməsinə göndərilib.Redaksiyamıza daxil olan məlumata görə. bu gün prodüser Təranə Səmədova saat 10:00-da keçirilən ilkin iclasda hakim qarşısına çıxıb.

Təranə Səmədova məhkəməyə gələn vaxt müxbirimizin kamerasına da tuş gəlib və onun Məhkəməyə girişin lentə ala bilmişik.

Qeyd edək ki,prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib. Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

//Veteninfo.az