-
- 24-05-2024, 17:28
- 436
"Barselona"da ayrılıq - FOTO
İspaniya 1-ci Futbol Liqası (La Liqa) klubu "Barselona" keçən həftəki matçdan sonra 44 yaşlı ispan məşqçi Xavi ilə yollarına davam etməyəcəklərini açıqlayıb.
News24.az xəbər verir ki, futbol karyerası ərzində kapitan kimi bir çox uğurlara imza atdığı "Barselona"nı 2021-ci ildə təhvil alan Xavi 2022-2023 mövsümündə La Liqa çempionluğunu qazanıb.
Bu mövsüm İspaniya Superkubokunun finalında "Real Madrid"ə uduzan "Barselona" 1/4 finalda UEFA Çempionlar Liqası və İspaniya Kral Kuboku ilə vidalaşıb.
Real Madridin çempionluğunu elan etdiyi La Liqada "Sevilya"nı qəbul edəcəyi ötən həftə öncə 82 xal toplayan "Barselona" mövsümü ikinci pillədə başa vurmağa zəmanət verib.
Qeyd edək ki, Xavi təxminən bir ay əvvəl "Barselona" ilə müqaviləsini yeniləyib. Barselona klubunun prezidenti Joan Laporta bu inkişafı açıqladığı mətbuat konfransında çox xoşbəxt olduğunu və göz yaşlarını saxlaya bilməyəcəyini bildirib.
Lakin Xavinin klubun iqtisadi vəziyyətini pisləyən və pul çatışmazlığı səbəbindən transferlərin həyata keçirilə bilməyəcəyini ifadə edən açıqlaması onun "Barselona" ilə yollarını ayırmasına səbəb olub.
Onu da bildirək ki, son bir neçə həftədir ki, İspaniya mətbuatında Laportanın Xavi ilə davam etmək istəmədiyi haqda xəbərlər yayılıb. İspaniya qəzetləri "Barselona"nın yeni baş məşqçisinin Hansi Flik olacağını və ilk görüşlərin keçirildiyini iddia edir.
Günel Məlikzadə