Dostunu xilas etmək istəyən məktəbli BOĞULUB ÖLDÜ
    • 25-05-2024, 08:37
    • 125

Dostunu xilas etmək istəyən məktəbli BOĞULUB ÖLDÜ


Rusiyanın Anapa şəhərində məktəbli son zəngdən sonra dostunu xilas edərkən boğulub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Krasnodar vilayətinin prokurorluğu məlumat yayıb. 

“İlkin məlumata görə, Anapa çimərliklərindən birinin estakadasının yaxınlığında böyüklərin müşayiəti olmadan bir qrup yeniyetmənin çimdiyi müəyyən edilib. Yeniyetmələrdən biri (2008-ci il təvəllüdlü) çimərkən suda boğulub”, - məlumatda deyilir. 

Prosessual yoxlama təşkil edilib.