Bu Avropa ölkəsi qohum evliliklərini qadağan edir
    • Bu gün, 10:38
    • 81

Bu Avropa ölkəsi qohum evliliklərini qadağan edir

Norveç hökuməti qohum evliliklərinin sağlamlıq problemləri və genetik pozulmalara səbəb olduğunu iddia edərək qadağan ediləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, cəmiyyətin ümumi sağlamlığının qorunması məqsədilə atılacaq bu addımda 4-cü dərəcəli qohumlarla bağlanan bütün nikahlar etibarsız sayılacaq.

Bütün xəbərdarlıqlara baxmayaraq, davam edən bu vəziyyət xüsusilə Avropa Birliyi ölkələrinə artan qaçqın miqrasiyasıyla Avropa üçün ciddi problemə çevrilib. İngiltərədə ötən ay gündəmə gətirilən və qohum evliliklərini qadağan etməyi planlaşdıran qanun layihəsi Norveçdə də təsdiqlənib.

Norveç hökuməti parlamentdə qəbul edilən qanun layihəsinin məqsədinin qohum evliliklərinin vətəndaşların ümumi sağlamlığı üçün mümkün təhlükələrinin qarşısını almaq olduğunu və bu dəyişikliyin ictimai quruluşu yaxşılaşdıracağını bildirib. Son illərdə Belçika və Hollandiyada qohum evliliklərinin etibarsız sayılması ilə bağlı qərarlar qəbul edilib.

Avropanın bəzi ölkələri qohumlar arasında nikahlara üçüncü dərəcəyə qədər məhdudiyyətlər qoysa da, Norveçdə qəbul edilən tənzimləmə qohum evliliklərinin əhəmiyyətli bir hissəsini əhatə edən “əmioğlu-əmiqızı nikahlarına” da aid ediləcək.

Aynurə