Xarkovda partlayış baş verdi
    • 25-05-2024, 14:04
    • 169

Xarkovda partlayış baş verdi

Ukraynanın Xarkov şəhərində partlayış baş verib. 

News24.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terekov öz Telegram kanalında məlumat verib.

Həmin gün rəsmi Xarkov kənarında tənzimlənən hava bombaları ilə zərbə endirdiyini elan edib.

"Xarkovda yenə yüksək səs var" deyə Terekhov yazıb.

Bildirək ki, Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, artıq dörd saatdır ki, Xarkov vilayətində hava hücumu xəbərdarlığı səslənir.

Eyni zamanda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya qoşunları Xarkov vilayətində, Krasnoe, Moroxovets və Oleynikovoda Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliklərinə doğru irəliləyirlər. Mayın 23-də həmin bölgədə Rusiya qüvvələri Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçyanı işğal edib.

Onu da qeyd edək ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Xarkov vilayətində əməliyyat vəziyyəti ilə bağlı müşavirə keçirib.

Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kupyansk istiqamətində rus qoşunlarının bir sıra uğurlarından sonra vəziyyəti sabitləşdirməyə çalışır.

Günel Məlikzadə