-
- 26-05-2024, 13:15
- 395
Azərbaycanda bu şəxslər pulsuz sanatoriya-kurorta göndəriləcək
Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edib.
“Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”na Loratadin (tablet), “Ürək damar sistemi üçün dərman vasitələri” sırasına Amlodipin+İndapamid+Perindopril (tablet), Ramipril (tablet) daxil edilib.
Eyni zamanda “Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri” sırasına Betahistin dihidroxlorid (tablet), Neostiqmin metilsulfat (inyeksiya üçün məhlul), “Həzm sisteminə təsir edən dərman vasitələri” sıyahısına Bisakodil (tablet), “Tənəffüs sisteminə təsir edən dərman vasitələri” siyahısına Montelukast (tablet), Dornase alfa (inhalyasiya üçün məhlul), Hipertonik (natrium xlorid məhlulu+natrium hialuronat inhalyasiya üçün məhlul), “Vitamin və minerallar” sıyahısına Maqnezium + Piridoksin HCl (tablet), “Antimikrob dərman vasitələri” siyahısına Metronidazol, Ofloksasin, Siprofloksasin və Ko-trimoksazol tabletləri və Tobramicin (inhalyasiya üçün məhlul), “Epilepsiya əleyhinə dərman vasitələri” siyahısına Preqabalin (kapsul) daxil edilib.
Qərara əsasən, əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub. Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir.