Dərman vasitələrinin dövlət reyestri APARILACAQ
    • 15-08-2023, 14:55
    • 286

Dərman vasitələrinin dövlət reyestri APARILACAQ

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.

News24.az "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Belə ki, dəyişikliklə bundan sonra dərman vasitələrinin dövlət reyestri həyata keçiriləcək.

Qeyd edək ki, dövlət reyestri bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.