-
- 26-05-2024, 17:41
- 201
ETSN: çaylarda suyun səviyyəsi artmağa davam edəcək
Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb. Hazırda da Debed çayında sel davam edir.
News24.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir. Asif Verdiyev Avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirib.
"Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir. Yaranmış vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur", - deyə Asif Verdiyev vurğulayıb.