-
- 26-05-2024, 23:48
- 227
Fransanın Şri-Lankadakı səfiri iqamətgahında ölü tapılıb
Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Şri-Lanka Xarici İşlər Nazirliyi Fransanın Şri Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktetin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir", - məlumatda deyilir.
Qurum fransız diplomatın ölüm səbəbini açıqlamayıb.
Eyni zamanda “The Daily Mirror” qəzeti 53 yaşlı səfirin ölüm səbəbinin infarkt olduğunu bildirib.