Fransa səfiri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ
    • 20-01-2020, 17:20
    • 1 083

Fransa səfiri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar 1990-ci il faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib.

News24.az xəbər verir ki, bununla bağlı Fransanın Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində bildirilib.

"1990-ci il yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", deyə səfir vurğulayıb.