-
- 10-05-2019, 15:52
- 1 762
TƏCİLİ: Bakıda BMT Baş katibinə Qarabağ münaqişəsi ilə əlaqədar MÜRACİƏT İMZALANDI - FOTO -VİDEO
Bakıda BMT Baş katibinə Qarabağ münaqişəsi ilə əlaqədar müraciət ünvanlanıb.
News24.az xəbər verir ki, müraciətin imzalanması Bakıda "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin binasında keçirilən tədbirdə baş tutub.
Bildirilib ki, Ermənistanla Azərbaycan arasında atəşkəsin qüvvəyə minməsinin 25 ili tamam olur. Lakin 25 ilin ötməsinə baxmayaraq münaqişə insan təlafətlərinə səbəb olmağa davam edir. "Ümumqafqaz Evi" qeyri-hökumət beynəlxalq sülhməramlı təşkilatının təşəbbüsü ilə, dünya ictimaiyyəti diqqətinin adı yuxarıda çəkilən münaqişənin həll olunmamış qalması probleminə cəlb etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antoniu Qutterişin adına müraciət imzalanacaq.
Onun altında Azərbaycanın tanınmış sənət, siyasət, mədəniyyət və vətəndaş cəmiyyəti xadimləri öz imzalarını atılıb.
Müraciəti "Ümumqafqaz Evi” yaradıcıları, Qafqaz tarixi mərkəzinin direktoru, “UNESKO” kafedrasının dosenti, tarixçi Rizvan Hüseynov, Daxili İşlər nazirinin sabiq müavini, general-mayor Kamil Məmmədov, Azərbaycan ziyalılarının tanınmış nümayəndələri, o cümlədən Qarabağlılar Dağlıq Qarabağ Tural Gəncəliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycanın xalq artisti Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, SSRİ və Azərbaycan xalq artisti, bəstəkar Fərhad Bədəlbəyli, heykəltəraş Fuad Salayev, Azərbaycan millət vəkilləri Səməd Seyidov, Ziyad Səmədzadə, Rasim Musabəyov, Elman Məmmədov və başqaları imzalayacaq.
Tədbirdə iştirak edən Milli Məclisinin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, onlar BMT yə mesaj göndərərək qətnamənin icrasını istədiklərini bildirdiblər: “Amma göründüyü kimi, qətnamənin icrasında problemlər var. Biz demək istəyirik ki, Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Buna nail olunmazsa, bizim güclü ordumuz var”.
“Əlbəttə bu qətnamə öz ünvanını tapacaq. Bu çox xətalı tendensiyadır. Ədalətdən öncə sülh təlıb edilir. Ədalətsiz sülh heç vaxt öz bəhrəsini verə biıməz”.
Bu fikirləri isə sözügedən tədbirə qatılan Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib: “Dünya güclər dünyasına çevrilib.Ola bilər belə təşəbbüs öz nəticəsini verməsin. Amma heç kim düşünməsin ki, silahı yerə qoymuşuq. Güclü ordumuz da, oğullarımız da, mübarizə aparmağa gücümüz də var.”
Afaq MIRAYIQ
FOTO-VİDEO Fərid Şabanov