Bakının mərkəzindəki qəza kameralara düşdü
    • 27-05-2024, 14:31
    • 159

Bakının mərkəzindəki qəza kameralara düşdü

Bakının mərkəzində baş verən qəza kamerala düşüb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, səhər saatlarında Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən yolda olan bir ədəd piyada svetoforu yararsız hala düşüb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki əməkdaşları tərəfindən piyada svetoforunun bərpası istiqamətində işlər görülür.