-
- 27-05-2024, 23:30
- 368
Zibil qutusunda meyit tapıldı
İstanbulda zibil qabından paltar yığan bir şəxsin parçalanmış cəsədi görməsi ilə polis qrupları hadisə yerinə sövq edilib.
News24.az xəbər verir ki, əraziyə baxış keçirən polis qrupları N.S adlı şəxsə aid olduğunu müəyyən etdikləri cəsədin hissələrinin müxtəlif konteynerlərə atıldığını müəyyən ediblər.
Qabların müayinəsi nəticəsində meyitin baş və digər bədən hissələri də tapılıb.
Qeyd edək ki, cəsədin 16 parçaya bölündüyü müəyyən edilib.
Polislər bu dəhşətli hadisə ilə əlaqədar işlərinə davam etdirirlər.
Günel Məlikzadə