14 yaşlı oğlan ögey bacısının sevgilisi tərəfindən döyülüb öldürüldü
    • 6-03-2023, 13:06
    • 149

14 yaşlı oğlan ögey bacısının sevgilisi tərəfindən döyülüb öldürüldü

Konyada dəhşətli qətl törədilib.

News24.az xəbər verir ki, hadisə Ereğli bölgəsinin Selvili məhəlləsində baş verib.

Qəbiristanlığa gələn vətəndaşlar orada bir hissəsi torpağa basdırılmış meyit aşkar ediblər. Hadisə yerinə jandarma qrupları sövq edilib.

Cəsədin bir hissəsinin vəhşi heyvanların hücumuna məruz qaldığı müəyyən edilib.  Şəxsiyyəti məlum olmayan meyit Ereğli Dövlət Xəstəxanası aparılıb.

Yarılma əməliyyatlarında cəsədi tanınmaz hala salınan meyitin oğlan uşağına aid olduğu müəyyən edilib.

Genişmiqyaslı araşdırmaya başlayan Jandarma Cinayət Axtarış Qrupu itkin düşən uşaqların siyahısında Əfqanıstan vətəndaşı Murad Özbəklə birlikdə işləyən Əhməd Javed Uzbek adlı şəxsin itkin düşdüyünü öyrəniblər. 

Jandarma qrupları Özbəkin evinə gediblər.

Sorğu zamanı 14 yaşlı Əhməd Javed Uzbəkin ögey bacısı Şikibenin sevgilisi Murad Ozbek tərəfindən taxta parması ilə döyülərək öldürüldüyü bəlli olub. 

Murad Özbək və Şikibe Uzbək həbs edilib. /Haber Global/

Teymur MƏMMƏDOV