-
- 10-05-2019, 18:15
- 874
Ramil Usubov Reabilitasiya Mərkəzinin yeni inzibati binasının açılışını edib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günü - mayın 10-da Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin və Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binalarının açılışları olub.
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov hər iki tədbirdə iştirak edib.
Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.
DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, general-polkovnik Ramil Usubov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.
Bu ali diqqət və qayğı nəticəsində hər il yeni obyektlərin tikilərək istismara verildiyini xatırladan nazir elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin xidməti fəaliyyətdə tətbiqinə böyük önəm verildiyini nəzərə çatdırıb, bütün bunların isə şəxsi heyətin öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırdığını qeyd edib.
O, əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən yüksək diqqətə əməli işlə cavab verəcək, asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəkdir.