Şirniyyat mağazasına silahlı hücum
    • 28-05-2024, 09:08
    • 217

Şirniyyat mağazasına silahlı hücum

Konyada yerləşən şirniyyat mağazasına avtomobildə olan şəxs və ya şəxslər atəş açıb.

News24.az xəbər verir ki, atəş açıldıqdan sonra silahlı basqınçılar avtomobillə sürətlə hadisə yerindən qaçıblar. Xəbər üzərinə çoxlu polis qrupları hadisə yerinə sövq edilib.

Hadisə zamanı xəsarət alan olmasa da, polis qruplarının araşdırması zamanı 15 ədəd boş patron tapılıb.

Görülən işlərdən sonra polis avtomobillə qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə