İranda polis bölməsinə silahlı hücum - Yaralanan var
    • 3-11-2022, 00:39
    • 393

İranda polis bölməsinə silahlı hücum - Yaralanan var

İranın Bəlucistan əyalətində polis bölməsinə silahlı hücum olunub.

Avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar.

Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb. Sözügedən avtomobil hadisə yerindən yayınıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb. /Teleqraf.com/