Mayın 31-i saat 18:00-dan başlayaraq... - Əhaliyə VACİB XƏBƏRDARLIQ
    • 28-05-2024, 11:24
    • 424

Mayın 31-i saat 18:00-dan başlayaraq... - Əhaliyə VACİB XƏBƏRDARLIQ

Mayın 31-dən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək. 

News24.az Yenisabah-a istinadən xəbər verir ki, zəif səviyyəli qasırğa gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası ayın 31-i 18:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və oyunun 2-si 15:00-dək davam edəcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.