Futbol meydançasına ildırım düşdü: 4 ölü, 5 yaralı
    • 28-05-2024, 11:30
    • 326

Futbol meydançasına ildırım düşdü: 4 ölü, 5 yaralı

Konqo Demokratik Respublikasının Cənubi-Kivu əyalətində futbol meydançasına ildırım düşməsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Kalehe rayonunda “Fudre de Maibano” ilə “Karasi” komandaları arasında keçirilən futbol matçı zamanı meydançaya ildırım düşüb.

İldırım vurması nəticəsində biri 3 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Yaralılara rayon xəstəxanalarında tibbi yardım göstərilib.

Eyni bölgədə 5 mart 2024-cü ildə də ildırım vurması nəticəsində 2 nəfər həlak olmuşdu.

Tropik iqlimə malik ölkədə təbii fəlakətlər xüsusilə yağışlı mövsümdə tez-tez baş verir.