-
- 28-05-2024, 12:04
- 189
İranda matəm başa çatdı: Parlament öz işinə başlayır
İranda rəsmi matəm prosesi sona çatdıqdan sonra Parlament işə başlayıb. Martın 1-də və mayın 10-da keçirilən parlament seçkiləri ilə formalaşan yeni Parlament fəaliyyətə başlayıb.
News24.az xəbər verir ki, mərasimdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin rəhbərləri, yüksək rütbəli mülki, hərbi rəsmilər iştirak ediblər.
Mərasimin açılış nitqini parlamentin ən təcrübəli üzvü kimi müvəqqəti Parlament sədri seçilən Alaaddin Burucerdi edib.
O deyib ki, İran müharibəyə can atmır, lakin “hər cür hücumlara və tiranlığa qarşı qətiyyətlə hərəkət edəcək”.
Burucerdi ABŞ-la mübarizəni İranın xarici siyasətinin təməl prinsipi kimi qeyd edib.
Qeyd edək ki, mərasimdə prezident İbrahim Rəisinin vəfatından sonra vəzifəyə başlayan müvəqqəti prezident Məhəmməd Muhbir də çıxış edib.
Digər tərəfdən, ölkə iyunun 28-də keçiriləcək yeni Prezident seçkilərinə hazırlaşır. Namizədlər üçün rəsmi müraciət prosesi mayın 30-da başlayacaq və 5 gün davam edəcək.
Günel Məlikzadə