Putin beşinci dəfə and içəcək
    • 6-05-2024, 14:51
    • 287

Putin beşinci dəfə and içəcək

Rusiyada mart ayında keçirilən prezident seçkilərində 77,49 faiz iştirakla 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə and içəcək. O, 6 il daha vəzifəsini davam etdirəcək.

News24.az xəbər verir ki, Putin and içdikdən sonra indiki hökumət də istefa verəcək. 2020-ci ildə edilən konstitusiya dəyişikliyinə uyğun olaraq, yeni hökumət indi Rusiya parlamentinin təsdiqi ilə fəaliyyətə başlayacaq.

Putin andiçmə mərasimindən sonra baş nazirliyə namizədi yeni hökumətin formalaşdırılması üçün Rusiya parlamentinin aşağı palatası Dumada parlament üzvlərinin təsdiqinə təqdim edəcək.

Qeyd edək ki, Parlamentin baş nazirliyə namizədi qəbul etmək və ya rədd etmək səlahiyyəti var. Deputatlar baş nazir namizədini 3 dəfə rədd edərsə, bu dəfə Putin parlamentin təsdiqinə ehtiyac olmadan birbaşa baş naziri təyin edə biləcək. Belə olan halda Putinin parlamenti buraxmaq və yeni parlament seçkiləri keçirmək hüququ olacaq.

Günel Məlikzadə