Arvadının boğazını kəsdi
    • 28-05-2024, 12:46
    • 205

Arvadının boğazını kəsdi

Daha bir qadın öldürülüb.

News24.az xəbər verir ki, İstanbulda Əlcəzair əsilli Zəhra Nojioua (29) 2022-ci ildə gəldiyi Türkiyədə Doğukan Uğurla tanış olub və evlənib.

Evlilik prosesində cütlük arasında problemlər yaranıb.

Nəhayət, dünən Doğukan Uğur və həyat yoldaşı Zəhra Nojioua naməlum səbəbdən mübahisə edib. Mübahisədən sonra Doğukan Uğur bıçaq götürərək arvadının boğazını kəsib.

Zəhra Nojioua həyatını itirib. Doğukan Uğur isə hadisə yerindən qaçıb.

Polis şübhəli Doğukan Uğuru tutmaq üçün əməliyyata başlayıb.

Günel Məlikzadə