İki həftə öncə evləndiyi arvadının boğazını kəsdi
    • 25-10-2018, 18:10
    • 1 027

İki həftə öncə evləndiyi arvadının boğazını kəsdi

İstanbulda yaşayan 42 yaşlı Beytullah Güraslan, iki həftə öncə evləndiyi həyat yoldaşı, 36 yaşlı Fatma Güraslanın boğazını kəsərək öldürüb.

News24.az xəbər verir ki, Beytullah arvadını öldürdükdən sonra qonşuya ağlaya-ağlaya zəng edərək “Fatmanı gəldiyi yerə göndərdim, indi də polisə təslim olacam” deyib.

Təslim olan Beytullahın yoldaşını qısqandığına görə öldürdüyü məlum olub.


Şəlalə Ağayeva