-
- 28-05-2024, 15:11
- 533
Qardaşının boğazını kəsdi
Türkiyədə Emre T. (30) böyük qardaşı Murat Can T.-ni (32) yuxuda bıçaqlayaraq qaçıb.
News24.az xəbər verir ki, evdən təxminən bir kilometr aralıda olan Emre T. şübhəli davranışı və əlindəki bıçaqla patrul xidməti göstərən polis qruplarının diqqətini çəkib. Onu dayandıran polis qruplarına “Qardaşımı öldürdüm” deyərək cinayəti etiraf edən Emre T. nəzarətə götürülüb.
Murat Can T.-nin hadisə yerində öldüyü müəyyən edilib. Emre T.-nin qardaşının boğazını və cinsi orqanını kəsdiyi məlum olub.
Qeyd edək ki, təqsirləndirilən şəxs ilk iclasda müdafiə çıxışında qardaşının uşaq ikən ona cinsi zorakılıq etməyə cəhd etdiyini iddia edərək, "Məni sakitləşdirən tək şey narkotik idi. Cinsi istismar bir dəfə olub. Amma elə vaxtlar da olub ki, qardaşım məni səbəbsiz yerə döyüb hədələyib" ifadələrdən istifadə edib.
Günel Məlikzadə