İstanbul səmasında leylək xəbərdarlığı
    • 29-05-2024, 22:50
    • 318

İstanbul səmasında leylək xəbərdarlığı

İstanbul və Sabiha Gökçen Hava Limanının Hava Hərəkəti İdarəetmə Mərkəzinin əməkdaşları İstanbul hava məkanında leylək sürüləri ilə bağlı bir-birinin ardınca pilotlara xəbərdarlıq etməyə başlayıb.

News24.az xəbər verir ki, qüllə işçiləri ola biləcək toqquşma təhlükələrinə qarşı leylək sürülərinə uyğun tədbirlər görür.

Həmin anlar qüllə ilə pilotun söhbətlərində də öz əksini tapıb.

Qeyd edək ki, İstanbul Hava Limanından havaya qalxan təyyarənin pilotu 4 min metr yüksəklikdə leylək sürüsünün olduğunu bildirib.

Bunun üzərinə qüllə rəsmiləri hər hansı neqativ halın qarşısını almaq üçün İstanbul hava məkanından istifadə edən digər pilotlara bu barədə məlumat veriblər.

Günel Məlikzadə