Diqqət! İstanbul hava limanı bu tarixə qədər fəaliyyətini dayandırdı
    • 25-01-2022, 15:23
    • 693

Diqqət! İstanbul hava limanı bu tarixə qədər fəaliyyətini dayandırdı

İstanbul beynəlxalq hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.

News24.az
xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib. 

Bununla əlaqədar AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

Şirkət sərnişinlərdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzindən, AZAL-ın İstanbul nümayəndəliyindən, rəsmi sosial şəbəkə hesablarından və KİV vasitəsilə almalarını xahiş edir.