-
- 29-05-2024, 23:00
- 422
Qədim Misirdə xərçəng müalicəsi
Alimlər bildirirlər ki, qədim misirlilər xərçəngi anlamağa və müalicə etməyə çalışıblar.
News24.az xəbər verir ki, bunu 4000 illik kəllə bunu göstərir.
Qeyd edək ki, İspaniyanın Santyaqo de Kompostela Universitetindən paleopatoloq Edqard Kamaros və həmkarları Qədim Misir sivilizasiyası ilə xərçəng arasındakı əlaqəni anlamaq üçün xərçəng toxuması olan 4000 illik kəllə sümüyünü tədqiq ediblər.
Tədqiqatçılar xərçəngin sümüyə necə yayıldığını və Qədim Misir həkimlərinin xəstəliyə necə müdaxilə etdiyini aşkar etmək üçün yüksək ayırdetmə qabiliyyətinə malik 3D mikroskopiya cihazları və müxtəlif radioloji üsullardan istifadə ediblər.
Bildirək ki, alimlər 30-35 yaş arası bir kişinin kəllə sümüyünün müayinəsi nəticəsində sümükdə zədələnmiş yeri əhatə edən bəzi cərrahi kəsik izləri aşkar ediblər.
İşarələrin iti bir cisimlə qoyulmuş olma ehtimalı ilə bağlı məlumatı paylaşan tədqiqatçılar, kəsiklərin xərçəngi anlamaq üçün aparılan araşdırmalar zamanı və ya xəstəliyin müalicəsi zamanı edildiyini bildiriblər.
Hər iki ehtimalın da şişlərlə yaxından əlaqəli cərrahi müdaxiləyə işarə etdiyinə işarə edən komanda rəhbəri professor Kamaros, "Bu tapıntı Qədim Misir təbabətinin xərçənglə mübarizə apardığı və ya kəşf etdiyinin unikal sübutudur" deyib.
(Araşdırmanın təfərrüatları "Frontiers in Medicine" jurnalında dərc olunub.)
Günel Məlikzadə