Bu göldə mamont DNT-si aşkar edildi
    • 21-03-2024, 20:27
    • 491

Bu göldə mamont DNT-si aşkar edildi


Rusiya, Almaniya və ABŞ- dən olan alimlər qrupu Sibirdəki göllərdə qədim nəsli kəsilmiş meqafaunanın, o cümlədən mamontlar və yunlu kərgədanların DNT-sini aşkar ediblər.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, araşdırmanın nəticələri “eLife” jurnalında dərc olunub . Tədqiqatçılar 2019-cu ildə Qərbi Sibirdəki Yamal yarımadasındakı iki Arktik termokarst gölünün son bir neçə əsrə aid olan çöküntülərindən əldə edilmiş özəkləri təhlil ediblər. Məlum olub ki, onların tərkibində bir neçə min il əvvəl nəsli kəsilmiş qədim meqafauna növləri olan mamont və yunlu kərgədanların DNT-si var.

Çöküntülərin yaşı ilə mamontların və yunlu kərgədanların ömrü arasındakı uyğunsuzluq buzlaqların əriməsi ilə izah olunur. Alimlər hesab edir ki, qədim heyvanların DNT-si ərimiş su vasitəsilə göllərə daxil ola bilərdi.