İrəvanda etiraz aksiyası başlayıb
    • 30-05-2024, 11:26
    • 191

İrəvanda etiraz aksiyası başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzindəki hökumət binasının qarşısındakı Respublika meydanında növbəti etiraz aksiyası başlayıb.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Maşınlarla meydana daxil olan etirazçılar daha sonra meydanı zəbt ediblər. Polis onları zorla yoldan çıxarmağa çalışıb.

Qeyd edək ki, Mayın 9-dan İrəvanda Baş nazir Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycan tərəfinə verilməsi tələbi ilə etiraz aksiyaları keçirilir. Etiraz aksiyasına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir.

Mehriban Mirzəzadə