Keşiş Baqrat ELAN ETDİ: Mayın 13-də saat 8:00-dan...
    • 12-05-2024, 20:46
    • 433

Keşiş Baqrat ELAN ETDİ: Mayın 13-də saat 8:00-dan...


"Mayın 13-də saat 8:00-dan etibarən etiraz hərəkatı İrəvanda və bütün Ermənistanda total itaətsizlik aksiyalarına başlayır".

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Qeyd edək ki, hazırda Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçirilir. Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.