-
- 30-05-2024, 12:55
- 768
Azərbaycanda dollar satışı 2 dəfə ARTDI
Bu ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 17,8 milyon ABŞ dolları məbləğində satış olub.
News24.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 558,6 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.