"O hadisədən sonra..." - Mətanət İsgəndərli
    • 31-05-2024, 12:48
    • 2 112

"O hadisədən sonra..." - Mətanət İsgəndərli

“Verilişdə yıxıldım, sonradan özümə söz verdim ki, arıqlayacam”

News24.az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Mətanət İsgəndərli “Xoş gəldim” verilişində deyib.

Vaxtilə 107 kilo çəkisi olduğunu deyən sənətçi hətta kilolu olduğuna görə verilişlərin birində yıxıldığını da deyib:

“Çəkim 107 kilo idi. Novruz bayramı verilişi çəkilirdi, mən də çəkilişə gəldim. Yerdə xalçalar sərilmişdi. Oturanda yıxıldım, nə dura bildim, nə də otura. Kömək etdilər, yerdə oturdum. Həmin hadisədən sonra qərara gəldim arıqlayım. 45 kilo çəki atdım”.