Məşhur serial ulduzu 59 yaşında vəfat etdi - FOTO
    • 31-05-2024, 13:58
    • 161

Məşhur serial ulduzu 59 yaşında vəfat etdi - FOTO

"İz" və "İstintaqın sirləri" seriallarının aktyoru Roman Klementyev 59 yaşında vəfat edib.

News24.az publika.az-a istinadən xəbər verir ki, bu barədə onun həmkarı, aktyor Dmitri Şulqin öz "Facebook" səhifəsində məlumat verib.

Aktyor 1987-ci ildə Litva Dövlət Konservatoriyasının teatr sənəti fakültəsini bitirib. Klementyev Moskvada yaşayır və işləyirdi.

Sənətçi "Универ. Новая общага", "Метод", "Обычная женщина", "Живой" kimi bir sıra yüksək reytinqli seriallarda rol alıb.

Klementyevin ölüm səbəbi barədə məlumat verilmir.