Elektron siqaret yeniyetmənin ağzında partladı
    • 31-05-2024, 21:55
    • 256

Elektron siqaret yeniyetmənin ağzında partladı

Rusiyanın Ufa şəhərində yeniyetmənin ağzında elektron siqaret partlayıb. 

News24.az "Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində yeniyetmə oğlanın yeddi dişi sınıb, çənəsi kəsilib, üzü və boynu yanıb. 14  yaşlı oğlan xəstəxanaya yerləşdirilib. Oğlan üz-çənə cərrahiyyəsi şöbəsində üst çənənin bərpası üçün bir neçə əməliyyat keçirib, daha sonra uzunmüddətli reabilitasiya olunub.